service


Orbital radiologiya – orbitanın (göz yuvası)  xəstəliklərində kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya müayinəsindən istifadə olunur.Orbitanın xəstəlikləri bölünməklə aydınlaşdırılır: Ocular xəstəliklərdə (retinoblastoma, coloboma, melanoma və sair), İntraconal xəstəliklərdə (meningioma, optik sinir glioması və sair), Conal xəstəliklərdə (psevdotumor, toksiki zob və sair), Ekstraconal xəstəliklərdə (periorbital abses, orbital və periorbital sellulit, əsas sümük qanadının dəyişiklikləri, göz yaşı vəzi dəyişiklikləri və sair), Damar malformasyonlarında (kapilyar hemangioma, venoz damar malformasyonu, limfatik malformasyon, orbital varix).           

service


Uro-genital (kişi) radiologiyadan – kişi uro-genital xəstəliklərində ulsrasəs-doppler müayinəsi, kompyuter tomoqrafiya müayinəsi və maqnit rezonans tomoqrafiya müayinəsindən erkən və differensial diaqnostikasında istifadə olunur.

Ultrasəs-doppler müayinəsindən kişi uro-genital xəstəliklərində daha çox yararlanmaq olur.Məsələn: böyrək və sidik yollarının das xəstəliyində, iltihab xəstəliklərində (pielonefrit, sistit, epididimit, orxit), böyrək kistləri və digər xoşxassəli problemlərində, böyrək bədxassəli şişlərin erkən diaqnostikasında, böyrək arteriya problemlərində, prostat vəzi xəstəliklərində (prostatit, prostat vəzin hiperplaziyası),  xaya venaların varikozunda (varikosele) əhəmiyyəti böyükdür. Kompyuter tomoqrafiya müayinəsindən – böyrək və sidik yollarının das xəstəliyində (böyrək daşının lokalizasiyasını – böyrəyin hər hansi hissəsində, sidik axarında, sidik kisəsində, sidik kanalında olmasını, böyrək-sidik axarının genişlənməsinin – ureterohidronefrozun dərəcəsini, böyrək daşının dəqiq ölçüsünü, sıxlığını aydınlaşdırır), böyrək və sidik yollarının iltihab xəstəliklərində (pielonefrit, abses, sistit və sair), sidik axarı daralmalarında, böyrək xoşxassəli proseslərdə (kistlərin xarakteri, angiomiolipoma və sair), böyrək bədxassəli şişlər, (digər toxuma və ya orqanlara münasibəti və yayılımı), sidik kisəsi şişlərində, prostat vəzin hiperplaziyası (adenoma və dəqiq həcmi, sidik kisəsinə olan münasibəti), prostat vəzin bədxassəli şişi (sidik kisəsi və digər bölgəyə olan munasibəti, sirayəti və yayılımı) əhəmiyyətli dərəcədə istifadə edilir.

Maqnit rezonans tomoqrafiya müayinəsindən – böyrək xoş və bədxassəli sislərdə ( lokalizasiyasını, ətraf bölgəyə münasibətini, yayılımını), prostat vəzin xoş və bədxassəli şişlərdə (sidik kisəsi və digar bölgəyə münasibətini, yayılımını), sidik kisəsi şişlərində (sidik kisəsi divarına olan münasibəti, yayılımını) yararlanmaq olur.     

service


Pediatrik radiologiya – uşaq xəstəliklərinin ilkin və differensial diaqnostikasında böyük əhəmiyyəti var.Rentgenoloji müayinələrindən - anadangəlmə xəstəliklərində (displaziya, hallux valqus və sair), iltihab xəstəliklərində (pnevmoniya, vərəm), travmalarda, xoş və bədxassəli şişlərdə erkən müayinələrdə istifadə olunur.Ultrasəs müayinələrindən - neyrosonoqrafiyada (beyin usltrasəs müayinəsi - qansızma, hematoma, anomaliyalar), bud-çanaq oynağında (displaziyalarda), bağırsaq invaginasiyasında, appendisit, boyrək və sidik yolları xəstəliklərində yararlanmaq olar.

Kompyuter tomoqrafiya müayinələrindən – döş qəfəsi üzvləri xəstəliklərində (pnevmoniya, plevrit, abses, yırtıqlar, şişlər və sair), qarın boşluğu xəstəliklərində (qaraciyər-dalaq kistləri, limfa düyünlərində olan problemlərində, bağırsaq xəstəliklərində, böyrək və sidik yollarının anadangəlmə və qazanılmış xəstəliklərində), baş beyin və onurğa sütunun travmalarında, ətraf  və oynaqlarda anadangəlmə, qazanılmış xəstəliklərdə,  travmalarda 3D görüntüləməsində müraciət olunur. Maqnit rezonans tomoqrafiya müayinələri – baş və onurğa beyin anadangəlmə və qazanılmış xəstəliklərində, sümük-əzələ sistemi xəstəliklərində unikal müayinə üsulu sayılır.

service


Neyroradiologiya – baş və onurğa beyin xəstəliklərinin diaqnostikasında böyük rol oynayır.İlkin və differensial diaqnostikada kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya müayinələrindən istifadə olunur.

Kompyuter tomoqrafiya müayinəsi - bas-onurğa beyin travmalarında (qanamalar və fəsadları, sınıqlar və fəsadları və sair), iltihab xəstəliklərində (meningit), insultların ilkin və differensial diaqnostikasında və Maqnt rezonans tomoqrafiya müayinəsi – baş-onurğa beyin degenerativ xəstəliklərində (multipl skleroz, amiloid angiopatiya və sair), anadangəlmə anomaliyalarında (Meqa sisternal magna, araxniodal kist, dandy-volker və sair), iltihab xəstəliklərində (meningit, ensefalit və sair), damar xəstəliklərində (anevrizma, arterio-venoz malformasyonu), şişlərin ilkin və differensial diaqnostikasında istifadə olunur.

service


Skelet-əzələ sistemi radioloji xidmətlər – rentgenoloji müayinələri, ulstrasəs müayinəsi, kompyuter tomoqrafiya müayinələri, maqnit rezonans müayinələri müxtəlif xəstəliklərdə istifadə olunur.İlkin olaraq rentgenoloji müayinələr aparılır.Rentgenoloji müayinələri – anadangəlmə xəstəliklərdə (məsələn anadangəlmə bud-çanaq oynağı çıxıqları), travmalarda (sınıqlarda, çıxıqlarda), iltihab xəstəliklərində (artrit, osteomielit), degenerativ xəstəliklərdə (artroz), xoş və bədxassəli şişlərdə (xondroma, ekzostos, osteosarkoma) istifadə olunur.

Ultrasəs müayinəsindən travma və iltihab problemlərində (məsələn oynaq və yumşaq toxuma ulstrasəs müayinəsi) yararlanmaq olar.Kompyuter tomoqrafiya müayinələrində – iltihab xəstəliklərində (məsələn osteomielit və digərlərində lokalizasiyası, ocaqlı-destruktiv dəyişikliklərin dərəcəsi, yayılması), travmalarda (sınıq və çıxıqların tam olaraq lokalizasiyası, forması, yerdəyişməsi, fraqmentasiyanı), şişlərdə 3 D rekonstruksiya ilə aydınlaşdırılır.Maqnit rezonans tomoqrafiya  skelet-əzələ sistemi xəstəliklərində unikal müayinə üsuludur.İltihab xəstəliklərdə (osteomielit, bursit), travmalarda (meniks yırtıqları, çarpaz və digər bağların yırtılmaları), şişlərdə differensial diaqnostikada rolu böyükdür.

service


Baş-boyun radiologiya – baş-boyun hissənin xəstəliklərin erkən və differensial diaqnostikasında böyük rol oynayır.Ultrasəs müayinəsi, kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya müyinələrdən istifadə olunur. Ultrasəs müayinəsinin  – qalxanvari vəzi xəstəliklərində (autoimmun tiroidit, toksiki zob, xoş və bədxassəli proseslərində), agız suyu vəzisi xəstəliklərində (iltihab prosesində, agız suyu vəzi daş xəstəliyində, xoş və bədxassəli proseslərdə), limfa düyünlərinin problemlərində (iltihab proseslərində, metastazlarda, xoş və bədxassəli proseslərdə), boyun bölgəsinin yumşaq toxuma problemlərində (abses, fleqmona və digər ödemli-infilmasyon proseslərdə, yumşaq toxuma xoş və bədxassəli xəstəliklərdə) erkən diaqnostikada əhəmiyyəti var.

Kompyuter tomoqrafiya müayinəsindən – qalxanvari vəzi xoş və badxassəli proseslərdə ətraf toxuma və ya orqanlara münasibətini, yayılımını dəqiqləşdirmək üçün, ağız suyuvəzi  xəstəliklərinin ilkin olaraq və fəsadlaşmanı aydınlaşdırmaq üçün, limfa düyünlərinin xəstəliklərinin differensial diaqnozunda, qulaq xəstəliklərində (otit, mastoidit, xolesteatoma), paranazal sinus xəstəliklərində (sinusit, polipoz, törəmələrdə) və sair istifadə olunur.

Maqnit rezonans tomoqrafiya müayinəsindən – lmfa düyünlərinin xoş və badxassəli proseslərin lokalizasiyasını, ətraf toxumalara və ya oqranlara olan münasibətini, yumşaq toxuma xoş və badxassəli törəmələrinin yerləşməsini, yayılımını, udlaq-qirtlaq bölgənin törəmələrinin yerləşməsi, ətraf bölgəyə sirayətini və sair yararlanmaq olur.

service


Genital (qadın)  xəstəliklərində radioloji xitmətlərdən ultrasəs müayinəsi, kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya müayinələrindən istifadə olunur.                                                                                                                                  Ultrasəs müayinəsində transabdominal (sidik kisəsi dolu olaraq), transvaginal üsullardan və həmçinin doppler müayinəsindən istifadə edilir.Ultrasəs müayinə üsulları çanaqda ağrı zamanı, anadangəlmə anomaliyalarında, menustrasiya tsiklin pozulmasında, yumurtalıq və uşaqlığın ilthab xəstəliklərində, yumurtalıq və uşaqlığın kistləri və digər xoşxassəli törəmələrində, yumurtalıq burulmasında, uşaqlıqdan kənar hamiləlikdə əhəmiyyətli rol oynayır.                                                          Kompyuter tomoqrafiya müayinəsi ginekoloji orqanların xəstəliklərinin fəsadlaşmasında diaqnostik əhəmiyyətli rol oynayır.Məsələn yumurtalıq kistlərin iltihablaşması, qanaması, çanaq boşluğuna deşilməsi və ya partlaması kimi fəsadlaşmalarda təcili və unikal müayinə sayılır.                                                                                      Maqnit rezonans tomoqrafiya müayinəsindən ginekoloji orqanların (yumurtalıq, uşaqlıq, uşaqlıq boynu) xoşxassəli və bədxassəli şişlərin ayırd edilməsində, həmçinin bədxassəli şişlərin dəyərləndirilməsində - orqan və digər ətraf toxumalara olan münasibəti, ölçüsü, həcmi, yayılması və sair istifadə olunur.

service


Torakal radioloji xidmətlər – döş qəfəsi orqanların (mediastinum, ağciyər və sair) diaqnostikasında, differensial diaqnostikasında və müalicə gedişində dinamikanın izlənməsində böyük rol oynayır.Torakal radioloji xidmətlərdən rentgenoloji, kompyuter tomoqrafiya, maqnit rezonans tomoqrafiya müayinələrdən, həmçinin mamoqrafiya, ultrasəs müayinələrindən yararlanmaq olar.Rentgenoloji müayinə döş qəfəsi orqanların ilkin və primitiv diaqnostika sayılır.Kompyuter tomoqrafiya müayinəsi döş qəfəsi orqanların unikal və differensial diaqnostikasında əhəmiyyəti var.

Məsələn iltihab xəstəliklərin (vərəm, pnevmoniya, göbələk infeksiyası və sair) , limfa düyünlərin xarakterlərin (iltihab, şiş, metastaz və sair), müxtəlif sistem xəstəliklərin  ağciyərdə verdiyi nəticələrini və sair aydınlaşdırır.Maqnit rezonans tomoqrafiya müayinəsində döş qəfəsinin yumşaq toxuma xəstəliklərini diaqnostikasında rol oynayır. Mamoqrafiya müayinəsi süd vəzisi xəstəliklərini aydınlaşdırır.Ultrasəs müayinəsindən süd vəzisi xəstəliklərində, yumşaq toxuma problemlərində, plevral sinusların müayinəsində istifadə olunur.  

service


Kardiovaskulyar radiologiya – ürək və damar xəstəliklərininin diaqnostikasında ulstrasəs-doppler müayinəsi, kompyuter tomoqrafiya müayinəsi, maqnit rezonans tomoqrafiya müayinəsi və invaziv radiologiyadan istifadə olunur.Ultrasəs-doppler müayinəsindən – yuxarı və aşağı ətraf damar xəstəliklərində (venaların varikoz genişlənmələrində, venoz çatmamazlıqlarında, arteriya-venaların trombozlarında, arteriyaların daralmalarında), yuxu və vertebral arteriyaların xəstəliklərində (arteriyal daralmalarında, daralmanın dərəcəsini aydınlaşdırmasında, trombozlarda və sair) , qarın boşluğunun damar xəsləliklərində (aortal anevrizmasında, böyrək arteriyal daralmalarında və sair) istifadə olunur.

 Kompyuter tomoqrafiya müayinəsindən – intravenoz kontrastlı müayinədən (KT angioqrafiya) istifadə olunur ki, bu da yuxarı-aşağı ətraf arteriyaların, aorta və şaxələrinin, böyrək arteriyasının, qaraciyər damarlarının (portal, hepatik venalar), ağciyər damarlarının (ürəkdən çıxan şaxələr – pulmonar arteriya və vena, aorta və şaxələri və sair), yuxu və vertebral arteriyaların, beyindaxili damarların daralmalarında, trombozlarında və sair əhəmiyyəti böyükdür. Maqnit rezonans tomoqrafiyadan beyin angio müayinəsində beyindaxili damarların xəstəliklərində istifadə olunur. İnvaziv radiologiyadan – arteriya və venaların xəstəliklərində müayinəsində və müalicəsindən istifadə edilir.

service


Abdominal radioloji xitmətlərdən – rentgenoloji müayinələri, ultrasəs-doppler müayinələri, kompyuter tomoqrafiya müayinələri, maqnit rezonans müayinələri müxtəlif qarın boşluğu xəstəliklərində istifadə olunur.Rentgenoloji müayinələrdən mədə-bağırsaq sistemi xəstəliklərində - iltihab xəstəliklərində (qastrit, kolit və sair), anadangəlmə anomaliyalarda (dolixokolon, megakolon və sair), lokalizasyon pozğunluqlarda qastroptoz, kolonoptoz, mobile çekum), sfinkter-sinir pozğunluqlarda (hişprunq xəstəliyi, pilorospazm-stenoz), şişlərin erkən diaqnostikasında (dolma defekti)  mədə-bağırsaq sistemin “peroral”  kontrastlı, irriqoqrafiya, icmal qrafiya xidmətlərdən yararlanmaq olar.

  Ultrasəs-doppler müayinələrdən parenximatoz orqanların erkən diaqnostikasında  - ölçüləri, lokalizasiyası, parenxima dəyişiklikləri, damar problemləri və sair, kəskin xəstəliklərdə - appendisit, bağırsaq invaginasyonu, xolesistit, pankreatit, böyrək və sidik axarı daşı xəstəliyində və sair, şişlərin erkən diaqnostikasında istifadə olunur.

Kompyuter tomoqrafiya müayinələrdən qarın boşluğunun müxtəlif xəstəliklərində-parenximatoz orqanların ocaqlı-həcmli dəyişikliklərində (sirroz, qaraciyər-dalaq-pankreas vəzi-böyrək kistik dəyişiklikləri və digər xoşxassəli dəyişiklikləri, şişlər və onların yayılma dərəcəsi və sair), mədə-bağırsaq sistemi xəstəliklərində (kron, qeyri-spesifik xoralı kolit, appendisit, divertikulit, epiploic appendigit, şişlər və onların yayılma dərəcəsi və sair), böyrək və sidik axarı daş xəstəliyində, damar xəstəliklərində (aorta anevrizması, mezenterik tromboz və sair) nativ, oral və intravenoz kontrastlı müayinələrdən yararlanmaq olur. Maqnit rezonans tomoqrafiya müayinələrdən parenximatoz orqanların spesifik və differensial diaqnostikasında – xoşxassəli şişlərin differensasiyası ( kistlər, hemangioma, adenoma və sair), bədxassəli şişlərin differensasiyası və yayılma dərəcəsi, öd kisəsi və öd yollarının daş xəstəliyində nativ və intravenoz kontrastlı müayinələrdən istifadə olunur.

service


Mamoqrafiya süd vəzisini çəkən xüsusi müayinədir.

Süd vəzisi xərçəngində ən uyğun müayinə üsullardan biridir. 

Süd vəzisində adi müayinə ilə izlənməyəcək qədər kiçik patologiyaların aşkarlanması məqsədi ilə aparılan mamoqrafiya müayinəsində əldə edilən nəticə süd vəzisi diaqnostikasında böyük əhəmiyyətlidir.

Hər yaşdakı xanıma mamoqrafiya müayinəsi oluna bilir.Amma 35-40 yaş arasında olan xanımlar ən az 1 dəfə mamoqrafiya müayinəsi məsləhət görülür.

Heç bir şikayəti olmayan xanımların yaşlarına uyğun illik dinamiki müşahidə altında saxlanması süd vəzisi xərçənginə qarsı tək qorunma yoludur.

Mamoqrafiyada çəkiliş olunarkən süd vəzisi cihazın iki təbəqəsi arasında bir neçə saniyə ərzində bir qədər sıxılır və iki pozisiyonda filmlər alınır.Buna görədə süd vəzilərin ən az həssas olduğu zamanda mamoqrafiya müayinəsi çəkilməsi tövsiyyə olunur yəni aybaşı bitdikdən sonrakı həftənin ən uyğun günü seçilir.

Çəkiləcək filmin daha normal olması üçün qoltuqaltı deodorant, pudra, losyon və sair qoxu və maddələr istifadə olunmamalıdır.

service


Angioqrafiya -qan damarların müayinə üsuludur.Kontrast maddənin damariçi vurulub görüntüləmə vasitəsi ilə müayinəsidir.Damaların vəziyyətini, pozğunluqlarını (tromb, stenoz, anevrizma və sair) aydınlaşdırır.Yunanca angeion “damar” və graphein “yazmaq” mənasını verir.Qan damarların görüntüsü və ya filmi angioqraf ya da angioqram olaraq adlandırılr.  Angioqrafiya uyğun müayinəyə bağlı olaraq femoral arteriya və ya femoral venadan kateter vasitəsi ilə kontrast maddə vurulur və X-ray (rentgenoskopiya) görüntüləməsində dəyərləndirilir.

Ayrıca KT angioqrafiya və MRT angioqrafiya damarların müayinəsinə aiddir.KT angioqrafiya periferik her hansi damardan kontrast maddə vurulur və beyin, boyun, yuxarı ətrafların, aşağı ətrafların, döş qəfəsi (torakal KT angio) , qarın boşluğu (abdominal KT angio)  damarların kompyuter tomoqrafiya vasitəsi ilə baxılmasına əsaslanır.MRT angioqrafiya müayinəsində cerebral (beyin) damarlarına magnit rezonans tomoqrafiya vasitəsilə baxılır.

service


İnvaziv radiologiya – radiologiyanın sürətlə inkişaf edən bölümü olub, rentgenoskopiya, angioqrafiya, ultrasəs və kompyuter tomoqrafiya görüntüləməri vasitəsilə müalicəedici sahəsi sayılır.
İnvaziv radiologiya vaskulyar (damarla bağlı) və nonvaskulyar (damarxaric orqanlarla bağlı) iki sahəyə ayrılır.
Vaskulyar invaziv nevrovaskulyar (beyin damarlarla bağlı) və periferik vaskulyar (beyinxaric orqanların damarları ilə bağlı) iki sahəyə ayrılır. Vaskulyar (damarla bağlı) invaziv radioloji işlərin ən çox ediləni diaqnostik klassik angioqrafiyadır.

Ancaq əsasən önəmli olan angioqrafiyadan istifadə edilərək olunan müalicəedici işlərdir.Bu müalicəedici işləmlərə ümumi olaraq daralmış damarların açılması (Balon angioplastikasi (PTA) və Stentləmə) və ya xəstəlikli damarların bağlanması (Embolizasiya) aiddir.Amma bunlardan başqa damarla bağlı başqa fərqli müalcəedici işləmlər də vardır.
Balon angioplastikası (PTA) və Stentləmə işləri daralmış və ya bağlı damarların damardaxili edilən balon kateterləri və ya stend (metalik klipslər) ilə açılmasına əsaslanır.Məsələn böyrək və ya digər daxili orqanların damarları, yuxarı və ya aşağı ətraf damarları və beyin damarları bu üsullarla heç bir geniş kəsik aparmadan, sadəcə dəridən qasıq və ya qol damarlardan yeritməklə damardaxili açıla bilir (müalicə olunur).
Embolizasiya işləri anevrizma (damar genişlənməsi), arteriovenoz malformasyon (anormal damar yumağı), tumor (şiş) və ya qanayan ocağın damariçi bağlanmasına əsaslanır. Əvvəllər beyin əməliyyatlarıyla müalicə olunan beyin damar xəstəlikləri (məsələn anevrizma, arteriovenoz malformasyon) invaziv radiologiyanın embolizasiya işlərinə əsasən artıq qapalı yolla damariçi müalicə oluna bilir.


   Digər özəl embolizasiya üsulu varki “Kemoembolizasiya” adlanır.Burda xərçəng xəstəliyi olan orqana damar yolu ilə birbaşa xərçəng dərmanı və damarı bağlayan dərman verilir (Əsasən qaraciyər tumorlarında (şişlərində) istifadə olunur).
Nonvaskulyar (damarxaric orqanlarla bağlı) invaziv radiologiya işləri: diaqnozu dəqiqləşdirmək məqsədilə görüntüləmə üsulları (ultrasəs və KT müayinəsi) vasitəsilə olunan Biopsiyalar (prostat, qaraciyər, pankreas, ağciyər, böyrək və sair) və müalicə məqsədilə görüntüləmə üsulları (USM və KT) vasitəsilə olunan abses və ya kistaların drenajları, böyrək və ya öd yollarına uyğun kateterlərin yeridilməsi, radiofrekans və ya mikrodalğalı ablasyon kimi tumorlara (şişlərə) uyğun işlər aiddir.

service


Maqnit rezonans tomoqrafiya (MRT) - bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir. Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompyuter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 15 ilə 75 dəqiqə arasında zamanı çəkə bilər,ayrıca  müayinə zamanı ehtiyac olursa intravenoz (damariçi) kontrast maddə vurularaq kontrastlı çəkiliş olunur. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur.

Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır, hər hansı ziyanı yoxdur və hətta hamilələr də müayinə oluna bilər (ama yenə də orqanların yaranması ilə əlaqədar ilk 3 ayda MRT çəkimi tövsiyyə olunmur).MRT metal əşyalar yəni metal protezlər, orqanizmdə yad cisimlər olduğu halda məsləhət görülmür.

Çox kəsikli 3 ölçülü alınan təsvir daha aydın və diaqnostik cəhətdən əlverişli sayılır.MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar.

service


Kompyuter tomoqrafiya X-şüalarından (rentgen) istifadə edilərək bədənin müayinə olunan hissəsinin kəsiklərlə görüntülərinin alınmasına əsaslanan radiologiya bölməsidir. Müayinə zamanı xəstə kompyuter tomoqrafiya stolunda hərəkət etmədən uzanır. Cihaz bir kompyuterə bağlıdır. X-şüanın mənbəyi müayinə olunan xəstə ətrafında 360 dərəcəlik fırlanma hərəkətini əmələ gətirirkən detektorlar tərəfindən x-şüalarının bədəndən keçən qismini əldə edir, kompyuterə ötürür və bununla əlaqədar olaraq kompyuterdə kəsikli görüntülər yaranır.

Bu görüntülərin köməyi ilə 3D ölçülü görüntülər əmələ gəlir. Kompyuter tomoqrafiya müayinəsi xəstəliklərin diaqnozdan sonra müalicənin növünün dəqiqləşirilməsində rol oynayır.Xəstənin xəstəlikdən və müayinə bölgəsindən asılı olaraq müayinə müddəti (orta hesabla 15 dəq) dəyişə bilər.Kompyuter tomoqrafiya müayinəsində hazırlıq:Qarın boşluğunun KT müayinəsində xəstə ac olmalıdır (12 saat), müayinədən 3-4 saat əvvəl kontrast maddə içirdilir və vena daxilinə kontrast maddə vurulduğuna görə müayinədən əvvəl qanda kreatinin miqdarı yoxlanılır.

Kontrastlı müayinələr zamanı isə xəstəlikdən və xəstədən asılı olaraq bir az narahatlıq baş verə bilər. Bu da kontrastın vena daxilinə yeridilməsi, yod təkibli maddələrin allergik reaksiyaların verməsi və s. kimi hallarda rast gəlinir. Bu kimi hallarda xəstə texniklə əlaqə qura bilir və lazımi tədbirlər görülür.

service


Doppler Ultrasəs müayinəsi ilə bir orqanın və ya damarının qan axımını dəyərələndirilirQan axımının miqdarı, axımın qarşısını alan maneəni, axımın normal olub-olmamasını dəyərləndirilir. Axan qanın miqdarı ilə əlaqədar ölçülər qeyd olunur. Doppler normal Ultrasəs müayinə aparatında aparılır, amma fərqli kompyuter ölçüləri mövcuddurDoppler müayinəsində yuxarı ətraf, aşağı ətraf, qaraciyər, böyrək, boyun, kişilərdə xayaların damarlarına və s. baxılır.

Doppler müayinəsində aşağıdakı hallarda hazırlıq aparılır:Qarın boşluğu orqanların (qaraciyər, böyrək və s.) damarlarının müayinəsində xəstənin ac olmağı lazımdır (1 aya qədər uşaqlarda südvermə müddəti qədər, 5 yaşına qədər uşaqlarda 4 saatlıq, 10 yaşına qədər uşaqlarda 6 saatlıq, böyüklərdə 12 saatlıq ac olmağı lazımdır). Həmçinin qarın boşluğu orqanlarının damarlarının müayinəsində xəstənin nəfəsini (xəstəyə görə dəyişməklə orta hesabla 15-50 saniyədir) tutmağı lazımdır.Bundan başqa aşağı ətraf, xayaların damarlarının doppler müayinəsində xəstəyə valsalva sınağı (dərindən nəfəs alıb, saxlamaqla gücənmə) tətbiq olunur.

service


Ultrasəs müayinə insan qulağının eşidə bilmədiyi yüksək tezlikli səs dalgalarına əsaslanaraq orqanların baxılması icra olunur. Bu səbəbdən hamilələrdə və uşaqlarda rahat istifadə oluna bilər. Görüntülərin ekranda alınması üçün ötürücü (datçik) müayinə olunan orqana uyğun olaraq xəstənin bədənində gəzdirilir.Ultrasəs müayinə qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, yumurtalıqlar, uşaqlıq, süd vəziləri, xayalar, prostat vəzi və s. üzvlərin xəstəliklərinin (qaraciyər və dalağın böyüməsi, öd kisəsi və böyrək daşları, appendisit, yumurtalıq kistaları və s.) diaqnozunda istifadə edilir

.Ultrasəs müayinəsinə hazırlıq aşağıdakı kimidir:Qarın boşluğu orqanlarının ultrasəs müayinəsi üçün böyüklərdə xəstənin 8-12 saat müddətində ac olmağı lazımdır. 1 aya qədər uşaqlarda südvermə müddəti qədər, 5 yaşına qədər uşaqlarda 4 saatlıq, 10 yaşına qədər uşaqlarda 6 saatlıq ac olması tövsiyə olunur. Həmçinin sidik kisəsi, prostat vəzi, yumurtalıqlar və uşaqlıq USM-də sidik kisəsi dolu olmalıdır.

service


Rentgenoloji müayinə radiologiyanın köhnə və təməl bölümlərdən biridir. Rentgenoloji müayinələr X-şüalar (rentgen) vasitəsi ilə aparılmasına əsaslanır və kontrastsız, kontrastlı müayinələr icra olunur. Kontrastlı müayinələr Barium və yod (uroqrafin, usltravist və s) kimi radiopak maddələrdən istifadə edilərək aparılır. 

Kontrastlı maddələr oral yolla (içirtməklə), rektal (lavman), sidik yolu, vaginal və intravenoz verilir. Kontrast maddələr verildikdə müayinə olunan orqan həkim tərəfindən rentgen aparıtının ekranında baxmaqla müxtəlif vəziyyətlərdə şəkillər çəkilir. Orqanlar həm ekranda, həm də çəkilən rentgen şəkildə yərləndirilir. Rentgenoloji müayinədə ən çox döş qəfəsi üzvlərinə, mədə-bağırsaq ısteminə, sümük-oynaq sisteminə, sidik-ifrazat sisteminə baxılır.

 

service


Penil Doppler-usm müayinəsi sərtləşmə problemi (ereksiya qüsuru) olan xəstəliyinin penisin qan axının bozulmasından yaranıb yaranmadığını dəqiqləşdirmək üçün istifadə olunan müayinə üsuludur.Doppler-usm müayinəsində penis daxilindəki damarlarda qan axının sürətini dəyərləndirilir.Penisə arteriyalar ilə yetərli qan gəlib gəlmədiyini, yetərli qan gəlibsə qanın penis içərisində yetərli qalıb qalmadığı aydınlaşdırılır.

Müayinə zamanı penis daxilindəki damarların genişləndirilməsi üçün penis içərisinə xəstənin yaşı nəzərə alınaraq uygun dozada damar genişləndirici dərman vurulur.Dərman vurulduğu zaman xəfif yanma hissiyatı ola bilər.Müayinə qaranlıq və səssiz doppler-usm otağında rahat şəkildə aparılır.Penisə gel surtulur prob ilə damarlar dəyərləndirilir

service


Skrotal Doppler-usm müayinəsi erkəklərin xarici cinsiyyet orqanlarından skrotum (xayalıq) deyilən bölgənin müayinə üsuludur.Skrotal doppler-usm müayinəsi xayalığın ümumi bilgi yəni ölçüsü, variasyonu, iltihabi xəstəlikləri, törəmələr və sair yanaşı varikosel deyilən damar genişlənməsini araştırmaq üçün optimal müayinə üsuludur.

Varikosel xayalıqda yer alan damarların bəzi yerlərdə genişlənərək varis halina gəlməsidir.Bu halda xəstədə ağrı, hissiyat, xayalarda kiçilmə və sair, həmçinin sperma analizində spermatozoidlərin aktiv hərəkətliliyin aşağı düşməsi yaranır.

 

Skrotal doppler-usm müayinəsi rahat və sadə müayinə üsulu olub, aşağıdakı kimi aparılır:                                                                                                                                 Doppler-usm otağında xəstə xayalığı açıq şəkildə arxası üstə uzanır, gel skrotuma sürtülür, prob ilə xayalığın üzərində gəzdirərək görüntüləri alınır.Müayinə zamanı xayalıq haqqinda ümumi bilgi, varikosel varsa damarların diametri, valsalva sınağında (dərin nəfəs alıb gücənmə və ya qarnını şişirtmək) qanın geri axını (reflux) aydınlaşdırılır və dərəcəsi qeyd olunur.Müayinə təxminən 5-15 dəq zaman çəkir.

service


Böyrək daşı  “Nephrolithiasis”  və ya  “Urolithiasis”  olaraq bilinən böyrəklərdə toplanan sərt maddələrə verilən addır.Oksalat, urat və sair kimi maddələr sidik içərisində normaldan daha yuksək olduqda böyrək daşı əmələ gəlir.Bu maddələr kristallar halında böyrəkdə çökə bilir və müəyyən zaman içərisində böyüyərək böyrək daşını əmələ gətirir. Böyrək daşları yerini dəyişdirdikdə və ya sidik yolları ilə aşağıya doğru hərəkət etdikdə sidik yollarının hər hansı səviyyəsində ilişə bilir və sidiyin hərəkətində əngəl yaradır.Bununla əlaqədar olaraq böyrəyin kasa-ləyən sisteminin, sidik yollarının genişlənməsi əmələ gəlir və bu zaman şiddətli ağrını meydana gətirir.

Böyrəkdəki və sidik yollarındakı bütün daşların görüntüləməsində ən önəmli unikal müayinə üsulu kompüter tomoqrafiyadır.Kompüter tomoqrafiya müayinəsində böyrək daşlarının lokalizasiyası (yerləşmə yeri), ölçüsü, sıxlığı (HU) təyin edilir.Həmçinin kompüter tomoqrafiya müayinəsində böyrək daşlarının verdiyi fəsadları – böyrəklərdə kasa-ləyən sisteminin, sidik yollarının genişlənməsinin (uretero-hidronefroz) dərəcəsini, ödemin və iltihabın yarandığını və sair aydınlaşdırılır. Kompüter tomoqrafiyası Uroloqların seçici müayinə üsuludur və müalicə yolunun seçilməsində faydalıdır.

service


Kompüter tomoqrafiyası ağciyər xərçənginin erkən müəyyən olunmasında olduğu kimi, müalicənin təyin olunmasında da son dərəcə əhəmiyyətlidir.

Kompüter tomoqrafiyası düyünlərin həm aşkarlanmasında, həm də ölçü, konturları xaricində daxili quruluş xüsusiyyətlərinin qiymətləndirilməsində həssas bir diaqnoz üsuludur. Heterogen görüntü, hava bronxoqramı, kalsifikasiya xüsusiyyətləri kimi kriteriyalara görə diaqnoz qoyulur.

 

Ağciyər xərçəngində radioloji aşkarlanmalar şişin hüceyrə tipinə və lokalizasiyasına görə dəyişir. Şiş yerləşmə yerinə görə mərkəzi, ya da periferik, diametrinə görə düyün, ya da kütləvi, radioloji görüntüsünə görə isə düyün, kütlə, infiltrasiya şəklində təsnif edilir.

 

Kiçik ölçülü, mərkəzdə yerləşən şişlər KT zamanı baş bronxlarda aşkar oluna bilir. Buna görə də şikayətləri olan və müalicəyə cavab verməyən pnevmoniya, ya da ağciyər atelektazından əziyyət çəkən xəstələrdə KT müayinəsi vacibdir. Hal-hazırda aşağı doza ilə ağciyər xərçənginin KT müayinəsi sahəsində çox geniş əhatəli işlər görülməkdədir. Xüsusilə siqaret çəkmə vərdişi, ailəsində xərçəng xəstəsi olması ilə yüksək risk qrupuna daxil olan və heç bir şikayəti olmayan xəstələr üzərində aşağı doza ilə KT müayinəsi sınağı keçirilərək edilməkdədir.

 

Ağciyərlərin kompüter tomoqrafiyasına əsasən xərçəng diaqnozu qoyulmuş xəstə ilkin mərhələsindən asılı olaraq müalicə edilir.

Bu diaqnostik metdoa əsasən müalicə edən həkimin işi asanlaşır. 60 yaşdan yuxarı hər kəsin (xüsusilə kişilər) ildə 1 dəfə kopmüter tomoqrafiya müayinə üsulu ilə yararlanmalıdır. Erkən diaqnoz qoyudluqdan sonra müalicəni asanlaşdırmaq olar.

service


Kompüter tomoqrafiya sinus xəstəlikərinin dəyərləndirməsində qızıl standart olub başvurulacaq ən vacib görüntüləmə üsuludur. Ümumən KT müayinəsinin müalicədən sonra xəstənin şikayətləri ən aşağı səviyyədə olduğunda çəkilməsidir.

Beləcə konservativ müalicə ilə yox edilməyən cərrahi müdaxilə tələb olunan patologiyalarda məsləhət görülə bilər. KT müayinə üsulu koronal və aksial planda edilir. Rekonstruksion texnikası istifadə olunaraq saggital görüntülər əldə edilə bilir. Koronal KT çəkilərkən xəstə çənəsini hiperekstansiya vəziyyətinə tutacaq şəkildə üzü üstə pozisiyada yatırılır. KT çəkilmə planı sərt damağa düz bucaq şəklində aparılır. KT çəkilməsi frontal sinus ön duvarından başlayıb sfenoid sinus arxa divarını göstərəcək şəkildə olmalıdır. Koronal KT paranazal sinusların (burunətrafı ciblərin) xroniki iiltihabının radioloji dəyərləndirilməsində əsas müayinə üsuludur.

Aksial KT üçün isə çəkilmə planı sərt damağa və ya orbitomeatal xəttə paralel olmalıdır. Başı hiperekstansion vəziyyətə gəlməyəcək xəstələrdə incə kəsiklərlə çəkilən aksial görüntülərdən rekonstruksiya edilən koronal KT kifayət qədər məlumat verə bilir. Əlavə olaraq sinusit ağırlaşmaları və diffuz nazal polipi olan xəstələrdə koronal KT-a əlavə olaraq aksial KT istənilməlidir. Xroniki və ya təkrarlanan kəskin sinusitli xəstələrin KT ilə dəyərləndirilməsindəki məqsəd, kəskin roseslərin control edilməsi sonrası infeksiyona səbəb olan əsl səbəbin meydana çıxmasıdır. Koronal KT kəsikləri ilə diaqnozu qoyulan və sistemli olaraq dəyərləndirilən anatomik ölçülər, frontal sinus, unsinat proses, arxa etmoid, maksillar sinus, orta medius və s. Paranazal sinus sahəsi və ətrafındakı anatomik ölçüləri KT ilə müəyyən etmək və bunların paranazal (burunətrafı ciblərin) sinus infeksiyaları üzərindəki rolunu araşdırmaqdır.

Xəstələri narahat edən əsas və geniş yayılmış xəstəliklərdən biri haymoritdir. Haymoritin diaqnostikasında müasir metod kompüter tomoqrafiya üsuludur. LOR həkimlər KT müayinəsi nəticəsinə əsasən müalicə metodunu dəqiqləşdirir.

service


 Baş beyin tomoqrafiyası

Kompüter tomoqrafiya (KT) fərqli səviyyələrdəki görüntüləri birləşdirərək, bədəndəki toxuma və orqanların kəsimli görünüşünü verən xüsusi bir rentgen cihazıdır. Sıradan bir radioqrafiyalarla müqayisədə KT ilə baş yaralanmaları, beyin şişləri və digər beyin xəstəlikləri haqqında daha ətraflı məlumat əldə edilir. KT ilə sümük, yumşaq toxumalar və qan damarları da göstərilə bilir.

 

Baş tomoqrafiyası ən çox hansı məqsədlə istifadə olunur?

Baş yaralanması keçirmiş xəstələrdə qırıqların və digər yaralanmaların müəyyən olunması
Bayılmış xəstələrdə beyindəki laxtalanma və ya qanamanın müəyyən olunması

Üz travması keçirmiş xəstələrdə sümük və yumşaq toxuma zədələnməsi dərəcəsinin müəyyən olunması və rekonstruksiyanın planlaşdırılması

damar anevrizmasının partlaması və ya qansızma ilə əlaqədar qanamaların müəyyən olunması

Bəzi beyin şişlərinin müəyyən olunması:

Gicgah sümüyündə rast gəlinən və eşitmə pozğunluğuna səbəb olan xəstəliklərin müəyyən olunması Hidrosefaliya xəstəliyi zamanı beyin mədəciklərindəki böyümənin müəyyən olunması

Sinus xəstəliklərinin araşdırılması

Beyin biopsiyasında köməkçi vasitə olaraq

KT angioqrafiyası ilə beyin-damar xəstəliklərinin araşdırılması

Kəllə əsası və beynin üçölçülü görüntülərinin əldə ediləməsi

 

Tomoqrafiyaya hazırlaşmaq üçün nə etməli?

KT zamanı rahat və qalın geyinməli və baş görüntülərini pozan obyektlərin (sırğa, protez dişlər, diş implantları baş sancaqları vs.) bədəndən uzaqlaşdırılmalıdır. Kontrast maddəsi tətbiq edilmədiyi halda baş tomoqrafiyası üçün özəl bir hazırlıq görməyə ehtiyac yoxdur. Əgər kontrast maddədən istifadə etmək lazım gələrsə, o zaman xəstənin dərmanlara, ya da kontrast maddəyə qarşı əvvəllər ciddi bir allergik reaksiya verib-vermədiyi öyrənilir. Astmalı və çoxsaylı mieloması olan xəstələr; hər hansı bir ürək, böyrək və ya qalxanabənzər vəzi ilə bağlı narahatlığı olan xəstələr öz vəziyyətlərini radioloqlarına bildirməlidir. Kontrastlı tomoqrafiya tətbiq olunmazdan əvvəl xəstələrdən yazılı icazə sənədini imzalamaları tələb edilə bilər. Hamilə qalma ehtimalı olan qadınlar bu durumu mütləq bildirməlidirlər. Bu kimi vəziyyətlərdə dölün məruz qala biləcəyi şüalanmanı azaltmaq və ya aradan qaldırmaq üçün başqa bir üsul istifadə edilə bilər.

service


Venaların varikoz xəstəliyi aşağı ətraflarda, adətən, qadınlarda müşahidə edilir. Statistik məlumatlara görə 45 yaşdan yuxarı hər 5 qadından birində qeyd olunur. Varikoz xəstəliyi hamiləlik dövründə daha çox görünür. Varikoz xəstəliyi zamanı ən yaxşı müayinə üsulu rəngli Doppler ultrasəs müayinəsidir. Doppler USM vasitəsilə dəridən görünməyən daxili varikozları da müəyyən edir və varikoza səbəb olan venoz çatışmazlığının mənşəyini aydınlaşdırır. Dərin və səthi venoz çatışmazlığı ayırd edir, damar tıxanıqlığının olub-olmadığını üəyyənləşdirir. Bu xüsusiyyətləri ilə rəngli Doppler USM varikoz xəstələrində müalicə üçün lazımi məlumatları verə bilir.

 

Varikoz xəstəliyi olanlar, adətən, ayaqlarında ağırlıq, keylik hissindən, bəzən küt ağrılardan şikayətlənirlər. Bu əlamətlər ayaq üstə olduqda müşahidə edilir, uzandıqda keçib gedir. Bəzən paresteziya, əzələlərdə kiçik qıcolmalar qeyd edilir.

Aşağı ətrafların dərialtı venalarının genəlməsi görünür.

 

Varikoz xəstəliyi silindrik, torbaşəkilli, qıvrımşəkilli ola bilər. Xəstəliyin gec dövrlərində dəridə trofiki dəyişikliklər: hiperpiqmentasiya, ekzema, dermatit baş verir və xoralar yaranır. Baldırın aşağı yarısında topuqlar nahiyəsində qapaq çatışmazlığı olan qovşaq venalar yerləşir.

 

 

Bunlardakı requrgitasiya həmin sahədə kapillyar qan dövranı pozğunluğuna, trofiki dəyişikliklərə və xoraların əmələ gəlməsinə səbəb olur.

service


Histerosalpinqoqrafiya uşaqlıq və uşaqlıq borularının kontrast maddə verilərək, uşaqlıq borularının açıq olub-olmamasını, eyni zamanda uşaqlığın vəziyyətini təyin etmək üçün istifadə olunan diaqnostika metodudur. Kontrast maddə xüsusi plastik boru vasitəsilə uşaqlıq daxilinə vurulur və nəticədə rentgen filmində orqanların görülməsi mümkün olur.

 

Histerosalpinqoqrafiya (HSQ) sonsuzluğun diaqnostikasında istifadə olunmaqla yanaşı, müalicəvi xüsusiyyəti olduğu da bilinməkdədir. Histerosalpinqoqrafiya çəkildiyi zaman bəzən boruların içindəki yapışıqlıqlar açılır və borulardakı tıxaclar atılır. Histerosalpinqoqrafiya sonrası heç bir müalicəyə ehtiyac qalmadan hamiləliyin baş verməsi görülməkdədir. HSQ hazırlıq: aybaşı bitdikdən sonra, əsasən aybaşının 7-9 cu günləri arasında çəkilir. 

 

Bu müddət ərzində cinsi əlaqə olmamalıdır. Aybaşının ilk günü aybaşının başladığı gün olaraq hesablanmalıdır. Müdaxilə ginekoloq tərəfindən, xəstənin istəyinə bağlı olaraq ümumi anesteziya altında və ya anesteziya verilmədən aparılır. Həmin gün xəstə xəstəxanaya ac gəlməlidir. Bağırsaqlarda olan qaz görüntünü pozduğu üçün bəzən xəstəyə bir gün əvvəl imalə olunması məsləhət görülür. Xəstə müdaxilədən əvvəl sidik kisəsini boşaltmalıdır. Histerosalpinqoqrafiya müayinəsinə göstəriş: Sonsuzluq Salpingit Uşaqlıq qanaxmaları Aybaşı pozulmaları Histeroskopiya və laporoskopiya əməliyyat nəticələrinin dəyərləndirilməsi

service


Hazırlığı:

Xəstə müayinə tarixindən 3 gün əvvəl başlayaraq qatı və qaz yaradan qidalar yeməməlidir. Müayinədən öncəki axşamdan etibarən yemək yeməməsi lazımdır. Müayinədən öncə isə bağırsaqların təmizləyici imaləsi aparılır. Müayinə həkim-radioloq və texnik tərəfindən aparılır. İrriqoqrafiya müayinəsinə göstərişlər: Xroniki qəbizlik Dolixokolon və Meqakolon Divertikulitlə və divertikulyoz Yoğun bağırsaq diskineziyası Yoğun bağırsaq polipi Yoğun bağırsaq xərçəngi Düz bağırsaq xərçəngi Qeyri-spesfik xoralı kolit Xroniki spastik kolit Kron xəstəliyi

service


Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə hər il doğulan 1000 uşağın 2-də bud-çanaq oynağının çıxığı rast gəlinir. Bunlardan hər 4-dən 3-ü qız uşağıdır. İrsi faktorun rol oynadığını nəzərə alsaq, bu ehtimal 25%-dən yüksəkdir. Bud-çanaq oynağının çıxığının erkən diaqnozu qoyulduqdan sonra müalicə oluna bilir, amma gecikərsə və diaqnoz qoyulmazsa gələcəkdə axsaqlığ və ya ciddi qüsurlara gətirib çıxarır.

Yenidoğulmuşlarda bud-çanaq oynağının ultrasəs müayinəsi (USM) bud-çanaq displaziyasının erkən diaqnozu və müalicəsinin effektliyində ən önəmli müayinə üsuludur. Yenidoğulmuşların bud-çanaq oynağının USM yan vəziyyətdə, qalça və diz yarı fleksiyonda və 15-20 dərəcə daxilə rotasiyonda uzanarkən aparılır.

Yenidoğulmuşlarda bud-çanaq oynağının ultrasəs müayinəsi ilk dəfə Qraf tərəfindən öyrənilmişdir. 


GRAFA GÖRƏ BUD-ÇANAQ DİSPLAZİYASININ SİNİFLƏNMƏSİ:

TİP I:  ALFA;  >60 DƏRƏCƏ,  OSSİFİKASİYANIN OLMAMASI

TİP II a:  ALFA;  50-59 DƏRƏCƏ, 3 AYIN ALTINDA OSSİFİKASİYANIN OLMAMASI

TİP II b:  ALFA;  50-59 DƏRƏCƏ,  3 AYDAN SONRA OSSİFİKASİYANIN OLMAMAĞININ DAVAM ETMƏSİ

TİP II c:  ALFA;  43-49 DƏRƏCƏ, KRİTİK BUD-ÇANAQ, STABİL OLMAYAN

TİP III:  ALFA;  

TİP IV:  ALFA; 

 

service


Neyrosonoqrafiya müayinəsinə göstərişlər:

 

► Hidrosefaliya

► Kəllədaxili hipertenziya (təzyiq)                                  

► İntrakranial qanama

► Anadangəlmə inkişaf qüsurları

► Hipoksiya                

► Mikrosefaliya

► Travma

► Bətndaxili keçirilmiş infeksiya

► Abses

► Ventrikulit