news

Böyrək daşı  “Nephrolithiasis”  və ya  “Urolithiasis”  olaraq bilinən böyrəklərdə toplanan sərt maddələrə verilən addır.Oksalat, urat və sair kimi maddələr sidik içərisində normaldan daha yuksək olduqda böyrək daşı əmələ gəlir.Bu maddələr kristallar halında böyrəkdə çökə bilir və müəyyən zaman içərisində böyüyərək böyrək daşını əmələ gətirir. Böyrək daşları yerini dəyişdirdikdə və ya sidik yolları ilə aşağıya doğru hərəkət etdikdə sidik yollarının hər hansı səviyyəsində ilişə bilir və sidiyin hərəkətində əngəl yaradır.Bununla əlaqədar olaraq böyrəyin kasa-ləyən sisteminin, sidik yollarının genişlənməsi əmələ gəlir və bu zaman şiddətli ağrını meydana gətirir.

Böyrəkdəki və sidik yollarındakı bütün daşların görüntüləməsində ən önəmli unikal müayinə üsulu kompüter tomoqrafiyadır.Kompüter tomoqrafiya müayinəsində böyrək daşlarının lokalizasiyası (yerləşmə yeri), ölçüsü, sıxlığı (HU) təyin edilir.Həmçinin kompüter tomoqrafiya müayinəsində böyrək daşlarının verdiyi fəsadları – böyrəklərdə kasa-ləyən sisteminin, sidik yollarının genişlənməsinin (uretero-hidronefroz) dərəcəsini, ödemin və iltihabın yarandığını və sair aydınlaşdırılır. Kompüter tomoqrafiyası Uroloqların seçici müayinə üsuludur və müalicə yolunun seçilməsində faydalıdır.