news

Kompüter tomoqrafiyası ağciyər xərçənginin erkən müəyyən olunmasında olduğu kimi, müalicənin təyin olunmasında da son dərəcə əhəmiyyətlidir.

Kompüter tomoqrafiyası düyünlərin həm aşkarlanmasında, həm də ölçü, konturları xaricində daxili quruluş xüsusiyyətlərinin qiymətləndirilməsində həssas bir diaqnoz üsuludur. Heterogen görüntü, hava bronxoqramı, kalsifikasiya xüsusiyyətləri kimi kriteriyalara görə diaqnoz qoyulur.

 

Ağciyər xərçəngində radioloji aşkarlanmalar şişin hüceyrə tipinə və lokalizasiyasına görə dəyişir. Şiş yerləşmə yerinə görə mərkəzi, ya da periferik, diametrinə görə düyün, ya da kütləvi, radioloji görüntüsünə görə isə düyün, kütlə, infiltrasiya şəklində təsnif edilir.

 

Kiçik ölçülü, mərkəzdə yerləşən şişlər KT zamanı baş bronxlarda aşkar oluna bilir. Buna görə də şikayətləri olan və müalicəyə cavab verməyən pnevmoniya, ya da ağciyər atelektazından əziyyət çəkən xəstələrdə KT müayinəsi vacibdir. Hal-hazırda aşağı doza ilə ağciyər xərçənginin KT müayinəsi sahəsində çox geniş əhatəli işlər görülməkdədir. Xüsusilə siqaret çəkmə vərdişi, ailəsində xərçəng xəstəsi olması ilə yüksək risk qrupuna daxil olan və heç bir şikayəti olmayan xəstələr üzərində aşağı doza ilə KT müayinəsi sınağı keçirilərək edilməkdədir.

 

Ağciyərlərin kompüter tomoqrafiyasına əsasən xərçəng diaqnozu qoyulmuş xəstə ilkin mərhələsindən asılı olaraq müalicə edilir.

Bu diaqnostik metdoa əsasən müalicə edən həkimin işi asanlaşır. 60 yaşdan yuxarı hər kəsin (xüsusilə kişilər) ildə 1 dəfə kopmüter tomoqrafiya müayinə üsulu ilə yararlanmalıdır. Erkən diaqnoz qoyudluqdan sonra müalicəni asanlaşdırmaq olar.