ELŞƏN ELDAR OĞLU RƏHİMOV Cəlilabad rayonu Göytəpə qəsəbəsində həkim ailəsində anadan olmuşdur. 2007 – ci ildə ATU – nun müalicə – profilaktika fakultəsini müfəvvəqiyyətlə bitirdikdən sonra həkim-radioloq kimi fəaliyyətə başlamışdır. Dr. Elşən Rəhimov ixtisasını təkmilləşdirərək 2010-2011-ci ildə İstanbul Universitetinin İstanbul Tibb Fakultəsinin Radiodiaqnostika bölməsində fəaliyyət göstərmişdir.

Hal-hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb İdarəsində həkim-radioloq vəzifəsində işləyir. Dr.Elşən Rəhimov bu müddətlərdə xəstələrin etibarını və həkimlərin düzgün diaqnoz etimadını qazanmışdır. radiodiaqnostika sahəsində bir çox xəstəliklərin erkən diaqnozu və onun dərəcələrini ən son müasir metodlarla işlənib hazırlanmasında böyük uğurlar əldə etmişdir.