news

Abdominal radioloji xitmətlərdən – rentgenoloji müayinələri, ultrasəs-doppler müayinələri, kompyuter tomoqrafiya müayinələri, maqnit rezonans müayinələri müxtəlif qarın boşluğu xəstəliklərində istifadə olunur.Rentgenoloji müayinələrdən mədə-bağırsaq sistemi xəstəliklərində - iltihab xəstəliklərində (qastrit, kolit və sair), anadangəlmə anomaliyalarda (dolixokolon, megakolon və sair), lokalizasyon pozğunluqlarda qastroptoz, kolonoptoz, mobile çekum), sfinkter-sinir pozğunluqlarda (hişprunq xəstəliyi, pilorospazm-stenoz), şişlərin erkən diaqnostikasında (dolma defekti)  mədə-bağırsaq sistemin “peroral”  kontrastlı, irriqoqrafiya, icmal qrafiya xidmətlərdən yararlanmaq olar.

  Ultrasəs-doppler müayinələrdən parenximatoz orqanların erkən diaqnostikasında  - ölçüləri, lokalizasiyası, parenxima dəyişiklikləri, damar problemləri və sair, kəskin xəstəliklərdə - appendisit, bağırsaq invaginasyonu, xolesistit, pankreatit, böyrək və sidik axarı daşı xəstəliyində və sair, şişlərin erkən diaqnostikasında istifadə olunur.

Kompyuter tomoqrafiya müayinələrdən qarın boşluğunun müxtəlif xəstəliklərində-parenximatoz orqanların ocaqlı-həcmli dəyişikliklərində (sirroz, qaraciyər-dalaq-pankreas vəzi-böyrək kistik dəyişiklikləri və digər xoşxassəli dəyişiklikləri, şişlər və onların yayılma dərəcəsi və sair), mədə-bağırsaq sistemi xəstəliklərində (kron, qeyri-spesifik xoralı kolit, appendisit, divertikulit, epiploic appendigit, şişlər və onların yayılma dərəcəsi və sair), böyrək və sidik axarı daş xəstəliyində, damar xəstəliklərində (aorta anevrizması, mezenterik tromboz və sair) nativ, oral və intravenoz kontrastlı müayinələrdən yararlanmaq olur. Maqnit rezonans tomoqrafiya müayinələrdən parenximatoz orqanların spesifik və differensial diaqnostikasında – xoşxassəli şişlərin differensasiyası ( kistlər, hemangioma, adenoma və sair), bədxassəli şişlərin differensasiyası və yayılma dərəcəsi, öd kisəsi və öd yollarının daş xəstəliyində nativ və intravenoz kontrastlı müayinələrdən istifadə olunur.