news

 Baş beyin tomoqrafiyası

Kompüter tomoqrafiya (KT) fərqli səviyyələrdəki görüntüləri birləşdirərək, bədəndəki toxuma və orqanların kəsimli görünüşünü verən xüsusi bir rentgen cihazıdır. Sıradan bir radioqrafiyalarla müqayisədə KT ilə baş yaralanmaları, beyin şişləri və digər beyin xəstəlikləri haqqında daha ətraflı məlumat əldə edilir. KT ilə sümük, yumşaq toxumalar və qan damarları da göstərilə bilir.

 

Baş tomoqrafiyası ən çox hansı məqsədlə istifadə olunur?

Baş yaralanması keçirmiş xəstələrdə qırıqların və digər yaralanmaların müəyyən olunması
Bayılmış xəstələrdə beyindəki laxtalanma və ya qanamanın müəyyən olunması

Üz travması keçirmiş xəstələrdə sümük və yumşaq toxuma zədələnməsi dərəcəsinin müəyyən olunması və rekonstruksiyanın planlaşdırılması

damar anevrizmasının partlaması və ya qansızma ilə əlaqədar qanamaların müəyyən olunması

Bəzi beyin şişlərinin müəyyən olunması:

Gicgah sümüyündə rast gəlinən və eşitmə pozğunluğuna səbəb olan xəstəliklərin müəyyən olunması Hidrosefaliya xəstəliyi zamanı beyin mədəciklərindəki böyümənin müəyyən olunması

Sinus xəstəliklərinin araşdırılması

Beyin biopsiyasında köməkçi vasitə olaraq

KT angioqrafiyası ilə beyin-damar xəstəliklərinin araşdırılması

Kəllə əsası və beynin üçölçülü görüntülərinin əldə ediləməsi

 

Tomoqrafiyaya hazırlaşmaq üçün nə etməli?

KT zamanı rahat və qalın geyinməli və baş görüntülərini pozan obyektlərin (sırğa, protez dişlər, diş implantları baş sancaqları vs.) bədəndən uzaqlaşdırılmalıdır. Kontrast maddəsi tətbiq edilmədiyi halda baş tomoqrafiyası üçün özəl bir hazırlıq görməyə ehtiyac yoxdur. Əgər kontrast maddədən istifadə etmək lazım gələrsə, o zaman xəstənin dərmanlara, ya da kontrast maddəyə qarşı əvvəllər ciddi bir allergik reaksiya verib-vermədiyi öyrənilir. Astmalı və çoxsaylı mieloması olan xəstələr; hər hansı bir ürək, böyrək və ya qalxanabənzər vəzi ilə bağlı narahatlığı olan xəstələr öz vəziyyətlərini radioloqlarına bildirməlidir. Kontrastlı tomoqrafiya tətbiq olunmazdan əvvəl xəstələrdən yazılı icazə sənədini imzalamaları tələb edilə bilər. Hamilə qalma ehtimalı olan qadınlar bu durumu mütləq bildirməlidirlər. Bu kimi vəziyyətlərdə dölün məruz qala biləcəyi şüalanmanı azaltmaq və ya aradan qaldırmaq üçün başqa bir üsul istifadə edilə bilər.