news

Kompyuter tomoqrafiya X-şüalarından (rentgen) istifadə edilərək bədənin müayinə olunan hissəsinin kəsiklərlə görüntülərinin alınmasına əsaslanan radiologiya bölməsidir. Müayinə zamanı xəstə kompyuter tomoqrafiya stolunda hərəkət etmədən uzanır. Cihaz bir kompyuterə bağlıdır. X-şüanın mənbəyi müayinə olunan xəstə ətrafında 360 dərəcəlik fırlanma hərəkətini əmələ gətirirkən detektorlar tərəfindən x-şüalarının bədəndən keçən qismini əldə edir, kompyuterə ötürür və bununla əlaqədar olaraq kompyuterdə kəsikli görüntülər yaranır.

Bu görüntülərin köməyi ilə 3D ölçülü görüntülər əmələ gəlir. Kompyuter tomoqrafiya müayinəsi xəstəliklərin diaqnozdan sonra müalicənin növünün dəqiqləşirilməsində rol oynayır.Xəstənin xəstəlikdən və müayinə bölgəsindən asılı olaraq müayinə müddəti (orta hesabla 15 dəq) dəyişə bilər.Kompyuter tomoqrafiya müayinəsində hazırlıq:Qarın boşluğunun KT müayinəsində xəstə ac olmalıdır (12 saat), müayinədən 3-4 saat əvvəl kontrast maddə içirdilir və vena daxilinə kontrast maddə vurulduğuna görə müayinədən əvvəl qanda kreatinin miqdarı yoxlanılır.

Kontrastlı müayinələr zamanı isə xəstəlikdən və xəstədən asılı olaraq bir az narahatlıq baş verə bilər. Bu da kontrastın vena daxilinə yeridilməsi, yod təkibli maddələrin allergik reaksiyaların verməsi və s. kimi hallarda rast gəlinir. Bu kimi hallarda xəstə texniklə əlaqə qura bilir və lazımi tədbirlər görülür.