news

İnvaziv radiologiya – radiologiyanın sürətlə inkişaf edən bölümü olub, rentgenoskopiya, angioqrafiya, ultrasəs və kompyuter tomoqrafiya görüntüləməri vasitəsilə müalicəedici sahəsi sayılır.
İnvaziv radiologiya vaskulyar (damarla bağlı) və nonvaskulyar (damarxaric orqanlarla bağlı) iki sahəyə ayrılır.
Vaskulyar invaziv nevrovaskulyar (beyin damarlarla bağlı) və periferik vaskulyar (beyinxaric orqanların damarları ilə bağlı) iki sahəyə ayrılır. Vaskulyar (damarla bağlı) invaziv radioloji işlərin ən çox ediləni diaqnostik klassik angioqrafiyadır.

Ancaq əsasən önəmli olan angioqrafiyadan istifadə edilərək olunan müalicəedici işlərdir.Bu müalicəedici işləmlərə ümumi olaraq daralmış damarların açılması (Balon angioplastikasi (PTA) və Stentləmə) və ya xəstəlikli damarların bağlanması (Embolizasiya) aiddir.Amma bunlardan başqa damarla bağlı başqa fərqli müalcəedici işləmlər də vardır.
Balon angioplastikası (PTA) və Stentləmə işləri daralmış və ya bağlı damarların damardaxili edilən balon kateterləri və ya stend (metalik klipslər) ilə açılmasına əsaslanır.Məsələn böyrək və ya digər daxili orqanların damarları, yuxarı və ya aşağı ətraf damarları və beyin damarları bu üsullarla heç bir geniş kəsik aparmadan, sadəcə dəridən qasıq və ya qol damarlardan yeritməklə damardaxili açıla bilir (müalicə olunur).
Embolizasiya işləri anevrizma (damar genişlənməsi), arteriovenoz malformasyon (anormal damar yumağı), tumor (şiş) və ya qanayan ocağın damariçi bağlanmasına əsaslanır. Əvvəllər beyin əməliyyatlarıyla müalicə olunan beyin damar xəstəlikləri (məsələn anevrizma, arteriovenoz malformasyon) invaziv radiologiyanın embolizasiya işlərinə əsasən artıq qapalı yolla damariçi müalicə oluna bilir.


   Digər özəl embolizasiya üsulu varki “Kemoembolizasiya” adlanır.Burda xərçəng xəstəliyi olan orqana damar yolu ilə birbaşa xərçəng dərmanı və damarı bağlayan dərman verilir (Əsasən qaraciyər tumorlarında (şişlərində) istifadə olunur).
Nonvaskulyar (damarxaric orqanlarla bağlı) invaziv radiologiya işləri: diaqnozu dəqiqləşdirmək məqsədilə görüntüləmə üsulları (ultrasəs və KT müayinəsi) vasitəsilə olunan Biopsiyalar (prostat, qaraciyər, pankreas, ağciyər, böyrək və sair) və müalicə məqsədilə görüntüləmə üsulları (USM və KT) vasitəsilə olunan abses və ya kistaların drenajları, böyrək və ya öd yollarına uyğun kateterlərin yeridilməsi, radiofrekans və ya mikrodalğalı ablasyon kimi tumorlara (şişlərə) uyğun işlər aiddir.