news

Venaların varikoz xəstəliyi aşağı ətraflarda, adətən, qadınlarda müşahidə edilir. Statistik məlumatlara görə 45 yaşdan yuxarı hər 5 qadından birində qeyd olunur. Varikoz xəstəliyi hamiləlik dövründə daha çox görünür. Varikoz xəstəliyi zamanı ən yaxşı müayinə üsulu rəngli Doppler ultrasəs müayinəsidir. Doppler USM vasitəsilə dəridən görünməyən daxili varikozları da müəyyən edir və varikoza səbəb olan venoz çatışmazlığının mənşəyini aydınlaşdırır. Dərin və səthi venoz çatışmazlığı ayırd edir, damar tıxanıqlığının olub-olmadığını üəyyənləşdirir. Bu xüsusiyyətləri ilə rəngli Doppler USM varikoz xəstələrində müalicə üçün lazımi məlumatları verə bilir.

 

Varikoz xəstəliyi olanlar, adətən, ayaqlarında ağırlıq, keylik hissindən, bəzən küt ağrılardan şikayətlənirlər. Bu əlamətlər ayaq üstə olduqda müşahidə edilir, uzandıqda keçib gedir. Bəzən paresteziya, əzələlərdə kiçik qıcolmalar qeyd edilir.

Aşağı ətrafların dərialtı venalarının genəlməsi görünür.

 

Varikoz xəstəliyi silindrik, torbaşəkilli, qıvrımşəkilli ola bilər. Xəstəliyin gec dövrlərində dəridə trofiki dəyişikliklər: hiperpiqmentasiya, ekzema, dermatit baş verir və xoralar yaranır. Baldırın aşağı yarısında topuqlar nahiyəsində qapaq çatışmazlığı olan qovşaq venalar yerləşir.

 

 

Bunlardakı requrgitasiya həmin sahədə kapillyar qan dövranı pozğunluğuna, trofiki dəyişikliklərə və xoraların əmələ gəlməsinə səbəb olur.