service


Mamoqrafiya süd vəzisini çəkən xüsusi müayinədir.

Süd vəzisi xərçəngində ən uyğun müayinə üsullardan biridir. 

Süd vəzisində adi müayinə ilə izlənməyəcək qədər kiçik patologiyaların aşkarlanması məqsədi ilə aparılan mamoqrafiya müayinəsində əldə edilən nəticə süd vəzisi diaqnostikasında böyük əhəmiyyətlidir.

Hər yaşdakı xanıma mamoqrafiya müayinəsi oluna bilir.Amma 35-40 yaş arasında olan xanımlar ən az 1 dəfə mamoqrafiya müayinəsi məsləhət görülür.

Heç bir şikayəti olmayan xanımların yaşlarına uyğun illik dinamiki müşahidə altında saxlanması süd vəzisi xərçənginə qarsı tək qorunma yoludur.

Mamoqrafiyada çəkiliş olunarkən süd vəzisi cihazın iki təbəqəsi arasında bir neçə saniyə ərzində bir qədər sıxılır və iki pozisiyonda filmlər alınır.Buna görədə süd vəzilərin ən az həssas olduğu zamanda mamoqrafiya müayinəsi çəkilməsi tövsiyyə olunur yəni aybaşı bitdikdən sonrakı həftənin ən uyğun günü seçilir.

Çəkiləcək filmin daha normal olması üçün qoltuqaltı deodorant, pudra, losyon və sair qoxu və maddələr istifadə olunmamalıdır.

service


Angioqrafiya -qan damarların müayinə üsuludur.Kontrast maddənin damariçi vurulub görüntüləmə vasitəsi ilə müayinəsidir.Damaların vəziyyətini, pozğunluqlarını (tromb, stenoz, anevrizma və sair) aydınlaşdırır.Yunanca angeion “damar” və graphein “yazmaq” mənasını verir.Qan damarların görüntüsü və ya filmi angioqraf ya da angioqram olaraq adlandırılr.  Angioqrafiya uyğun müayinəyə bağlı olaraq femoral arteriya və ya femoral venadan kateter vasitəsi ilə kontrast maddə vurulur və X-ray (rentgenoskopiya) görüntüləməsində dəyərləndirilir.

Ayrıca KT angioqrafiya və MRT angioqrafiya damarların müayinəsinə aiddir.KT angioqrafiya periferik her hansi damardan kontrast maddə vurulur və beyin, boyun, yuxarı ətrafların, aşağı ətrafların, döş qəfəsi (torakal KT angio) , qarın boşluğu (abdominal KT angio)  damarların kompyuter tomoqrafiya vasitəsi ilə baxılmasına əsaslanır.MRT angioqrafiya müayinəsində cerebral (beyin) damarlarına magnit rezonans tomoqrafiya vasitəsilə baxılır.

service


İnvaziv radiologiya – radiologiyanın sürətlə inkişaf edən bölümü olub, rentgenoskopiya, angioqrafiya, ultrasəs və kompyuter tomoqrafiya görüntüləməri vasitəsilə müalicəedici sahəsi sayılır.
İnvaziv radiologiya vaskulyar (damarla bağlı) və nonvaskulyar (damarxaric orqanlarla bağlı) iki sahəyə ayrılır.
Vaskulyar invaziv nevrovaskulyar (beyin damarlarla bağlı) və periferik vaskulyar (beyinxaric orqanların damarları ilə bağlı) iki sahəyə ayrılır. Vaskulyar (damarla bağlı) invaziv radioloji işlərin ən çox ediləni diaqnostik klassik angioqrafiyadır.

Ancaq əsasən önəmli olan angioqrafiyadan istifadə edilərək olunan müalicəedici işlərdir.Bu müalicəedici işləmlərə ümumi olaraq daralmış damarların açılması (Balon angioplastikasi (PTA) və Stentləmə) və ya xəstəlikli damarların bağlanması (Embolizasiya) aiddir.Amma bunlardan başqa damarla bağlı başqa fərqli müalcəedici işləmlər də vardır.
Balon angioplastikası (PTA) və Stentləmə işləri daralmış və ya bağlı damarların damardaxili edilən balon kateterləri və ya stend (metalik klipslər) ilə açılmasına əsaslanır.Məsələn böyrək və ya digər daxili orqanların damarları, yuxarı və ya aşağı ətraf damarları və beyin damarları bu üsullarla heç bir geniş kəsik aparmadan, sadəcə dəridən qasıq və ya qol damarlardan yeritməklə damardaxili açıla bilir (müalicə olunur).
Embolizasiya işləri anevrizma (damar genişlənməsi), arteriovenoz malformasyon (anormal damar yumağı), tumor (şiş) və ya qanayan ocağın damariçi bağlanmasına əsaslanır. Əvvəllər beyin əməliyyatlarıyla müalicə olunan beyin damar xəstəlikləri (məsələn anevrizma, arteriovenoz malformasyon) invaziv radiologiyanın embolizasiya işlərinə əsasən artıq qapalı yolla damariçi müalicə oluna bilir.


   Digər özəl embolizasiya üsulu varki “Kemoembolizasiya” adlanır.Burda xərçəng xəstəliyi olan orqana damar yolu ilə birbaşa xərçəng dərmanı və damarı bağlayan dərman verilir (Əsasən qaraciyər tumorlarında (şişlərində) istifadə olunur).
Nonvaskulyar (damarxaric orqanlarla bağlı) invaziv radiologiya işləri: diaqnozu dəqiqləşdirmək məqsədilə görüntüləmə üsulları (ultrasəs və KT müayinəsi) vasitəsilə olunan Biopsiyalar (prostat, qaraciyər, pankreas, ağciyər, böyrək və sair) və müalicə məqsədilə görüntüləmə üsulları (USM və KT) vasitəsilə olunan abses və ya kistaların drenajları, böyrək və ya öd yollarına uyğun kateterlərin yeridilməsi, radiofrekans və ya mikrodalğalı ablasyon kimi tumorlara (şişlərə) uyğun işlər aiddir.

service


Maqnit rezonans tomoqrafiya (MRT) - bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir. Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompyuter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 15 ilə 75 dəqiqə arasında zamanı çəkə bilər,ayrıca  müayinə zamanı ehtiyac olursa intravenoz (damariçi) kontrast maddə vurularaq kontrastlı çəkiliş olunur. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur.

Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır, hər hansı ziyanı yoxdur və hətta hamilələr də müayinə oluna bilər (ama yenə də orqanların yaranması ilə əlaqədar ilk 3 ayda MRT çəkimi tövsiyyə olunmur).MRT metal əşyalar yəni metal protezlər, orqanizmdə yad cisimlər olduğu halda məsləhət görülmür.

Çox kəsikli 3 ölçülü alınan təsvir daha aydın və diaqnostik cəhətdən əlverişli sayılır.MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar.

service


Kompyuter tomoqrafiya X-şüalarından (rentgen) istifadə edilərək bədənin müayinə olunan hissəsinin kəsiklərlə görüntülərinin alınmasına əsaslanan radiologiya bölməsidir. Müayinə zamanı xəstə kompyuter tomoqrafiya stolunda hərəkət etmədən uzanır. Cihaz bir kompyuterə bağlıdır. X-şüanın mənbəyi müayinə olunan xəstə ətrafında 360 dərəcəlik fırlanma hərəkətini əmələ gətirirkən detektorlar tərəfindən x-şüalarının bədəndən keçən qismini əldə edir, kompyuterə ötürür və bununla əlaqədar olaraq kompyuterdə kəsikli görüntülər yaranır.

Bu görüntülərin köməyi ilə 3D ölçülü görüntülər əmələ gəlir. Kompyuter tomoqrafiya müayinəsi xəstəliklərin diaqnozdan sonra müalicənin növünün dəqiqləşirilməsində rol oynayır.Xəstənin xəstəlikdən və müayinə bölgəsindən asılı olaraq müayinə müddəti (orta hesabla 15 dəq) dəyişə bilər.Kompyuter tomoqrafiya müayinəsində hazırlıq:Qarın boşluğunun KT müayinəsində xəstə ac olmalıdır (12 saat), müayinədən 3-4 saat əvvəl kontrast maddə içirdilir və vena daxilinə kontrast maddə vurulduğuna görə müayinədən əvvəl qanda kreatinin miqdarı yoxlanılır.

Kontrastlı müayinələr zamanı isə xəstəlikdən və xəstədən asılı olaraq bir az narahatlıq baş verə bilər. Bu da kontrastın vena daxilinə yeridilməsi, yod təkibli maddələrin allergik reaksiyaların verməsi və s. kimi hallarda rast gəlinir. Bu kimi hallarda xəstə texniklə əlaqə qura bilir və lazımi tədbirlər görülür.

service


Doppler Ultrasəs müayinəsi ilə bir orqanın və ya damarının qan axımını dəyərələndirilirQan axımının miqdarı, axımın qarşısını alan maneəni, axımın normal olub-olmamasını dəyərləndirilir. Axan qanın miqdarı ilə əlaqədar ölçülər qeyd olunur. Doppler normal Ultrasəs müayinə aparatında aparılır, amma fərqli kompyuter ölçüləri mövcuddurDoppler müayinəsində yuxarı ətraf, aşağı ətraf, qaraciyər, böyrək, boyun, kişilərdə xayaların damarlarına və s. baxılır.

Doppler müayinəsində aşağıdakı hallarda hazırlıq aparılır:Qarın boşluğu orqanların (qaraciyər, böyrək və s.) damarlarının müayinəsində xəstənin ac olmağı lazımdır (1 aya qədər uşaqlarda südvermə müddəti qədər, 5 yaşına qədər uşaqlarda 4 saatlıq, 10 yaşına qədər uşaqlarda 6 saatlıq, böyüklərdə 12 saatlıq ac olmağı lazımdır). Həmçinin qarın boşluğu orqanlarının damarlarının müayinəsində xəstənin nəfəsini (xəstəyə görə dəyişməklə orta hesabla 15-50 saniyədir) tutmağı lazımdır.Bundan başqa aşağı ətraf, xayaların damarlarının doppler müayinəsində xəstəyə valsalva sınağı (dərindən nəfəs alıb, saxlamaqla gücənmə) tətbiq olunur.

service


Ultrasəs müayinə insan qulağının eşidə bilmədiyi yüksək tezlikli səs dalgalarına əsaslanaraq orqanların baxılması icra olunur. Bu səbəbdən hamilələrdə və uşaqlarda rahat istifadə oluna bilər. Görüntülərin ekranda alınması üçün ötürücü (datçik) müayinə olunan orqana uyğun olaraq xəstənin bədənində gəzdirilir.Ultrasəs müayinə qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, yumurtalıqlar, uşaqlıq, süd vəziləri, xayalar, prostat vəzi və s. üzvlərin xəstəliklərinin (qaraciyər və dalağın böyüməsi, öd kisəsi və böyrək daşları, appendisit, yumurtalıq kistaları və s.) diaqnozunda istifadə edilir

.Ultrasəs müayinəsinə hazırlıq aşağıdakı kimidir:Qarın boşluğu orqanlarının ultrasəs müayinəsi üçün böyüklərdə xəstənin 8-12 saat müddətində ac olmağı lazımdır. 1 aya qədər uşaqlarda südvermə müddəti qədər, 5 yaşına qədər uşaqlarda 4 saatlıq, 10 yaşına qədər uşaqlarda 6 saatlıq ac olması tövsiyə olunur. Həmçinin sidik kisəsi, prostat vəzi, yumurtalıqlar və uşaqlıq USM-də sidik kisəsi dolu olmalıdır.

service


Rentgenoloji müayinə radiologiyanın köhnə və təməl bölümlərdən biridir. Rentgenoloji müayinələr X-şüalar (rentgen) vasitəsi ilə aparılmasına əsaslanır və kontrastsız, kontrastlı müayinələr icra olunur. Kontrastlı müayinələr Barium və yod (uroqrafin, usltravist və s) kimi radiopak maddələrdən istifadə edilərək aparılır. 

Kontrastlı maddələr oral yolla (içirtməklə), rektal (lavman), sidik yolu, vaginal və intravenoz verilir. Kontrast maddələr verildikdə müayinə olunan orqan həkim tərəfindən rentgen aparıtının ekranında baxmaqla müxtəlif vəziyyətlərdə şəkillər çəkilir. Orqanlar həm ekranda, həm də çəkilən rentgen şəkildə yərləndirilir. Rentgenoloji müayinədə ən çox döş qəfəsi üzvlərinə, mədə-bağırsaq ısteminə, sümük-oynaq sisteminə, sidik-ifrazat sisteminə baxılır.