news

Histerosalpinqoqrafiya uşaqlıq və uşaqlıq borularının kontrast maddə verilərək, uşaqlıq borularının açıq olub-olmamasını, eyni zamanda uşaqlığın vəziyyətini təyin etmək üçün istifadə olunan diaqnostika metodudur. Kontrast maddə xüsusi plastik boru vasitəsilə uşaqlıq daxilinə vurulur və nəticədə rentgen filmində orqanların görülməsi mümkün olur.

 

Histerosalpinqoqrafiya (HSQ) sonsuzluğun diaqnostikasında istifadə olunmaqla yanaşı, müalicəvi xüsusiyyəti olduğu da bilinməkdədir. Histerosalpinqoqrafiya çəkildiyi zaman bəzən boruların içindəki yapışıqlıqlar açılır və borulardakı tıxaclar atılır. Histerosalpinqoqrafiya sonrası heç bir müalicəyə ehtiyac qalmadan hamiləliyin baş verməsi görülməkdədir. HSQ hazırlıq: aybaşı bitdikdən sonra, əsasən aybaşının 7-9 cu günləri arasında çəkilir. 

 

Bu müddət ərzində cinsi əlaqə olmamalıdır. Aybaşının ilk günü aybaşının başladığı gün olaraq hesablanmalıdır. Müdaxilə ginekoloq tərəfindən, xəstənin istəyinə bağlı olaraq ümumi anesteziya altında və ya anesteziya verilmədən aparılır. Həmin gün xəstə xəstəxanaya ac gəlməlidir. Bağırsaqlarda olan qaz görüntünü pozduğu üçün bəzən xəstəyə bir gün əvvəl imalə olunması məsləhət görülür. Xəstə müdaxilədən əvvəl sidik kisəsini boşaltmalıdır. Histerosalpinqoqrafiya müayinəsinə göstəriş: Sonsuzluq Salpingit Uşaqlıq qanaxmaları Aybaşı pozulmaları Histeroskopiya və laporoskopiya əməliyyat nəticələrinin dəyərləndirilməsi