service


Orbital radiologiya – orbitanın (göz yuvası)  xəstəliklərində kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya müayinəsindən istifadə olunur.Orbitanın xəstəlikləri bölünməklə aydınlaşdırılır: Ocular xəstəliklərdə (retinoblastoma, coloboma, melanoma və sair), İntraconal xəstəliklərdə (meningioma, optik sinir glioması və sair), Conal xəstəliklərdə (psevdotumor, toksiki zob və sair), Ekstraconal xəstəliklərdə (periorbital abses, orbital və periorbital sellulit, əsas sümük qanadının dəyişiklikləri, göz yaşı vəzi dəyişiklikləri və sair), Damar malformasyonlarında (kapilyar hemangioma, venoz damar malformasyonu, limfatik malformasyon, orbital varix).           

service


Uro-genital (kişi) radiologiyadan – kişi uro-genital xəstəliklərində ulsrasəs-doppler müayinəsi, kompyuter tomoqrafiya müayinəsi və maqnit rezonans tomoqrafiya müayinəsindən erkən və differensial diaqnostikasında istifadə olunur.

Ultrasəs-doppler müayinəsindən kişi uro-genital xəstəliklərində daha çox yararlanmaq olur.Məsələn: böyrək və sidik yollarının das xəstəliyində, iltihab xəstəliklərində (pielonefrit, sistit, epididimit, orxit), böyrək kistləri və digər xoşxassəli problemlərində, böyrək bədxassəli şişlərin erkən diaqnostikasında, böyrək arteriya problemlərində, prostat vəzi xəstəliklərində (prostatit, prostat vəzin hiperplaziyası),  xaya venaların varikozunda (varikosele) əhəmiyyəti böyükdür. Kompyuter tomoqrafiya müayinəsindən – böyrək və sidik yollarının das xəstəliyində (böyrək daşının lokalizasiyasını – böyrəyin hər hansi hissəsində, sidik axarında, sidik kisəsində, sidik kanalında olmasını, böyrək-sidik axarının genişlənməsinin – ureterohidronefrozun dərəcəsini, böyrək daşının dəqiq ölçüsünü, sıxlığını aydınlaşdırır), böyrək və sidik yollarının iltihab xəstəliklərində (pielonefrit, abses, sistit və sair), sidik axarı daralmalarında, böyrək xoşxassəli proseslərdə (kistlərin xarakteri, angiomiolipoma və sair), böyrək bədxassəli şişlər, (digər toxuma və ya orqanlara münasibəti və yayılımı), sidik kisəsi şişlərində, prostat vəzin hiperplaziyası (adenoma və dəqiq həcmi, sidik kisəsinə olan münasibəti), prostat vəzin bədxassəli şişi (sidik kisəsi və digər bölgəyə olan munasibəti, sirayəti və yayılımı) əhəmiyyətli dərəcədə istifadə edilir.

Maqnit rezonans tomoqrafiya müayinəsindən – böyrək xoş və bədxassəli sislərdə ( lokalizasiyasını, ətraf bölgəyə münasibətini, yayılımını), prostat vəzin xoş və bədxassəli şişlərdə (sidik kisəsi və digar bölgəyə münasibətini, yayılımını), sidik kisəsi şişlərində (sidik kisəsi divarına olan münasibəti, yayılımını) yararlanmaq olur.     

service


Pediatrik radiologiya – uşaq xəstəliklərinin ilkin və differensial diaqnostikasında böyük əhəmiyyəti var.Rentgenoloji müayinələrindən - anadangəlmə xəstəliklərində (displaziya, hallux valqus və sair), iltihab xəstəliklərində (pnevmoniya, vərəm), travmalarda, xoş və bədxassəli şişlərdə erkən müayinələrdə istifadə olunur.Ultrasəs müayinələrindən - neyrosonoqrafiyada (beyin usltrasəs müayinəsi - qansızma, hematoma, anomaliyalar), bud-çanaq oynağında (displaziyalarda), bağırsaq invaginasiyasında, appendisit, boyrək və sidik yolları xəstəliklərində yararlanmaq olar.

Kompyuter tomoqrafiya müayinələrindən – döş qəfəsi üzvləri xəstəliklərində (pnevmoniya, plevrit, abses, yırtıqlar, şişlər və sair), qarın boşluğu xəstəliklərində (qaraciyər-dalaq kistləri, limfa düyünlərində olan problemlərində, bağırsaq xəstəliklərində, böyrək və sidik yollarının anadangəlmə və qazanılmış xəstəliklərində), baş beyin və onurğa sütunun travmalarında, ətraf  və oynaqlarda anadangəlmə, qazanılmış xəstəliklərdə,  travmalarda 3D görüntüləməsində müraciət olunur. Maqnit rezonans tomoqrafiya müayinələri – baş və onurğa beyin anadangəlmə və qazanılmış xəstəliklərində, sümük-əzələ sistemi xəstəliklərində unikal müayinə üsulu sayılır.

service


Neyroradiologiya – baş və onurğa beyin xəstəliklərinin diaqnostikasında böyük rol oynayır.İlkin və differensial diaqnostikada kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya müayinələrindən istifadə olunur.

Kompyuter tomoqrafiya müayinəsi - bas-onurğa beyin travmalarında (qanamalar və fəsadları, sınıqlar və fəsadları və sair), iltihab xəstəliklərində (meningit), insultların ilkin və differensial diaqnostikasında və Maqnt rezonans tomoqrafiya müayinəsi – baş-onurğa beyin degenerativ xəstəliklərində (multipl skleroz, amiloid angiopatiya və sair), anadangəlmə anomaliyalarında (Meqa sisternal magna, araxniodal kist, dandy-volker və sair), iltihab xəstəliklərində (meningit, ensefalit və sair), damar xəstəliklərində (anevrizma, arterio-venoz malformasyonu), şişlərin ilkin və differensial diaqnostikasında istifadə olunur.

service


Skelet-əzələ sistemi radioloji xidmətlər – rentgenoloji müayinələri, ulstrasəs müayinəsi, kompyuter tomoqrafiya müayinələri, maqnit rezonans müayinələri müxtəlif xəstəliklərdə istifadə olunur.İlkin olaraq rentgenoloji müayinələr aparılır.Rentgenoloji müayinələri – anadangəlmə xəstəliklərdə (məsələn anadangəlmə bud-çanaq oynağı çıxıqları), travmalarda (sınıqlarda, çıxıqlarda), iltihab xəstəliklərində (artrit, osteomielit), degenerativ xəstəliklərdə (artroz), xoş və bədxassəli şişlərdə (xondroma, ekzostos, osteosarkoma) istifadə olunur.

Ultrasəs müayinəsindən travma və iltihab problemlərində (məsələn oynaq və yumşaq toxuma ulstrasəs müayinəsi) yararlanmaq olar.Kompyuter tomoqrafiya müayinələrində – iltihab xəstəliklərində (məsələn osteomielit və digərlərində lokalizasiyası, ocaqlı-destruktiv dəyişikliklərin dərəcəsi, yayılması), travmalarda (sınıq və çıxıqların tam olaraq lokalizasiyası, forması, yerdəyişməsi, fraqmentasiyanı), şişlərdə 3 D rekonstruksiya ilə aydınlaşdırılır.Maqnit rezonans tomoqrafiya  skelet-əzələ sistemi xəstəliklərində unikal müayinə üsuludur.İltihab xəstəliklərdə (osteomielit, bursit), travmalarda (meniks yırtıqları, çarpaz və digər bağların yırtılmaları), şişlərdə differensial diaqnostikada rolu böyükdür.

service


Baş-boyun radiologiya – baş-boyun hissənin xəstəliklərin erkən və differensial diaqnostikasında böyük rol oynayır.Ultrasəs müayinəsi, kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya müyinələrdən istifadə olunur. Ultrasəs müayinəsinin  – qalxanvari vəzi xəstəliklərində (autoimmun tiroidit, toksiki zob, xoş və bədxassəli proseslərində), agız suyu vəzisi xəstəliklərində (iltihab prosesində, agız suyu vəzi daş xəstəliyində, xoş və bədxassəli proseslərdə), limfa düyünlərinin problemlərində (iltihab proseslərində, metastazlarda, xoş və bədxassəli proseslərdə), boyun bölgəsinin yumşaq toxuma problemlərində (abses, fleqmona və digər ödemli-infilmasyon proseslərdə, yumşaq toxuma xoş və bədxassəli xəstəliklərdə) erkən diaqnostikada əhəmiyyəti var.

Kompyuter tomoqrafiya müayinəsindən – qalxanvari vəzi xoş və badxassəli proseslərdə ətraf toxuma və ya orqanlara münasibətini, yayılımını dəqiqləşdirmək üçün, ağız suyuvəzi  xəstəliklərinin ilkin olaraq və fəsadlaşmanı aydınlaşdırmaq üçün, limfa düyünlərinin xəstəliklərinin differensial diaqnozunda, qulaq xəstəliklərində (otit, mastoidit, xolesteatoma), paranazal sinus xəstəliklərində (sinusit, polipoz, törəmələrdə) və sair istifadə olunur.

Maqnit rezonans tomoqrafiya müayinəsindən – lmfa düyünlərinin xoş və badxassəli proseslərin lokalizasiyasını, ətraf toxumalara və ya oqranlara olan münasibətini, yumşaq toxuma xoş və badxassəli törəmələrinin yerləşməsini, yayılımını, udlaq-qirtlaq bölgənin törəmələrinin yerləşməsi, ətraf bölgəyə sirayətini və sair yararlanmaq olur.

service


Genital (qadın)  xəstəliklərində radioloji xitmətlərdən ultrasəs müayinəsi, kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya müayinələrindən istifadə olunur.                                                                                                                                  Ultrasəs müayinəsində transabdominal (sidik kisəsi dolu olaraq), transvaginal üsullardan və həmçinin doppler müayinəsindən istifadə edilir.Ultrasəs müayinə üsulları çanaqda ağrı zamanı, anadangəlmə anomaliyalarında, menustrasiya tsiklin pozulmasında, yumurtalıq və uşaqlığın ilthab xəstəliklərində, yumurtalıq və uşaqlığın kistləri və digər xoşxassəli törəmələrində, yumurtalıq burulmasında, uşaqlıqdan kənar hamiləlikdə əhəmiyyətli rol oynayır.                                                          Kompyuter tomoqrafiya müayinəsi ginekoloji orqanların xəstəliklərinin fəsadlaşmasında diaqnostik əhəmiyyətli rol oynayır.Məsələn yumurtalıq kistlərin iltihablaşması, qanaması, çanaq boşluğuna deşilməsi və ya partlaması kimi fəsadlaşmalarda təcili və unikal müayinə sayılır.                                                                                      Maqnit rezonans tomoqrafiya müayinəsindən ginekoloji orqanların (yumurtalıq, uşaqlıq, uşaqlıq boynu) xoşxassəli və bədxassəli şişlərin ayırd edilməsində, həmçinin bədxassəli şişlərin dəyərləndirilməsində - orqan və digər ətraf toxumalara olan münasibəti, ölçüsü, həcmi, yayılması və sair istifadə olunur.

service


Torakal radioloji xidmətlər – döş qəfəsi orqanların (mediastinum, ağciyər və sair) diaqnostikasında, differensial diaqnostikasında və müalicə gedişində dinamikanın izlənməsində böyük rol oynayır.Torakal radioloji xidmətlərdən rentgenoloji, kompyuter tomoqrafiya, maqnit rezonans tomoqrafiya müayinələrdən, həmçinin mamoqrafiya, ultrasəs müayinələrindən yararlanmaq olar.Rentgenoloji müayinə döş qəfəsi orqanların ilkin və primitiv diaqnostika sayılır.Kompyuter tomoqrafiya müayinəsi döş qəfəsi orqanların unikal və differensial diaqnostikasında əhəmiyyəti var.

Məsələn iltihab xəstəliklərin (vərəm, pnevmoniya, göbələk infeksiyası və sair) , limfa düyünlərin xarakterlərin (iltihab, şiş, metastaz və sair), müxtəlif sistem xəstəliklərin  ağciyərdə verdiyi nəticələrini və sair aydınlaşdırır.Maqnit rezonans tomoqrafiya müayinəsində döş qəfəsinin yumşaq toxuma xəstəliklərini diaqnostikasında rol oynayır. Mamoqrafiya müayinəsi süd vəzisi xəstəliklərini aydınlaşdırır.Ultrasəs müayinəsindən süd vəzisi xəstəliklərində, yumşaq toxuma problemlərində, plevral sinusların müayinəsində istifadə olunur.  

service


Kardiovaskulyar radiologiya – ürək və damar xəstəliklərininin diaqnostikasında ulstrasəs-doppler müayinəsi, kompyuter tomoqrafiya müayinəsi, maqnit rezonans tomoqrafiya müayinəsi və invaziv radiologiyadan istifadə olunur.Ultrasəs-doppler müayinəsindən – yuxarı və aşağı ətraf damar xəstəliklərində (venaların varikoz genişlənmələrində, venoz çatmamazlıqlarında, arteriya-venaların trombozlarında, arteriyaların daralmalarında), yuxu və vertebral arteriyaların xəstəliklərində (arteriyal daralmalarında, daralmanın dərəcəsini aydınlaşdırmasında, trombozlarda və sair) , qarın boşluğunun damar xəsləliklərində (aortal anevrizmasında, böyrək arteriyal daralmalarında və sair) istifadə olunur.

 Kompyuter tomoqrafiya müayinəsindən – intravenoz kontrastlı müayinədən (KT angioqrafiya) istifadə olunur ki, bu da yuxarı-aşağı ətraf arteriyaların, aorta və şaxələrinin, böyrək arteriyasının, qaraciyər damarlarının (portal, hepatik venalar), ağciyər damarlarının (ürəkdən çıxan şaxələr – pulmonar arteriya və vena, aorta və şaxələri və sair), yuxu və vertebral arteriyaların, beyindaxili damarların daralmalarında, trombozlarında və sair əhəmiyyəti böyükdür. Maqnit rezonans tomoqrafiyadan beyin angio müayinəsində beyindaxili damarların xəstəliklərində istifadə olunur. İnvaziv radiologiyadan – arteriya və venaların xəstəliklərində müayinəsində və müalicəsindən istifadə edilir.

service


Abdominal radioloji xitmətlərdən – rentgenoloji müayinələri, ultrasəs-doppler müayinələri, kompyuter tomoqrafiya müayinələri, maqnit rezonans müayinələri müxtəlif qarın boşluğu xəstəliklərində istifadə olunur.Rentgenoloji müayinələrdən mədə-bağırsaq sistemi xəstəliklərində - iltihab xəstəliklərində (qastrit, kolit və sair), anadangəlmə anomaliyalarda (dolixokolon, megakolon və sair), lokalizasyon pozğunluqlarda qastroptoz, kolonoptoz, mobile çekum), sfinkter-sinir pozğunluqlarda (hişprunq xəstəliyi, pilorospazm-stenoz), şişlərin erkən diaqnostikasında (dolma defekti)  mədə-bağırsaq sistemin “peroral”  kontrastlı, irriqoqrafiya, icmal qrafiya xidmətlərdən yararlanmaq olar.

  Ultrasəs-doppler müayinələrdən parenximatoz orqanların erkən diaqnostikasında  - ölçüləri, lokalizasiyası, parenxima dəyişiklikləri, damar problemləri və sair, kəskin xəstəliklərdə - appendisit, bağırsaq invaginasyonu, xolesistit, pankreatit, böyrək və sidik axarı daşı xəstəliyində və sair, şişlərin erkən diaqnostikasında istifadə olunur.

Kompyuter tomoqrafiya müayinələrdən qarın boşluğunun müxtəlif xəstəliklərində-parenximatoz orqanların ocaqlı-həcmli dəyişikliklərində (sirroz, qaraciyər-dalaq-pankreas vəzi-böyrək kistik dəyişiklikləri və digər xoşxassəli dəyişiklikləri, şişlər və onların yayılma dərəcəsi və sair), mədə-bağırsaq sistemi xəstəliklərində (kron, qeyri-spesifik xoralı kolit, appendisit, divertikulit, epiploic appendigit, şişlər və onların yayılma dərəcəsi və sair), böyrək və sidik axarı daş xəstəliyində, damar xəstəliklərində (aorta anevrizması, mezenterik tromboz və sair) nativ, oral və intravenoz kontrastlı müayinələrdən yararlanmaq olur. Maqnit rezonans tomoqrafiya müayinələrdən parenximatoz orqanların spesifik və differensial diaqnostikasında – xoşxassəli şişlərin differensasiyası ( kistlər, hemangioma, adenoma və sair), bədxassəli şişlərin differensasiyası və yayılma dərəcəsi, öd kisəsi və öd yollarının daş xəstəliyində nativ və intravenoz kontrastlı müayinələrdən istifadə olunur.